Ümumi məlumat

İnstitut
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Şöbə
Ədəbi tənqid
Vəzifə
Aparıcı elmi işçi
Elmi sahə
—
0Təsdiqlənmiş elmi fəaliyyət
0Nəşr qeydi
4.502026 üzrə yekun bal

Bioqrafik məlumatları əməkdaş özü təqdim edir. Nəşrlər və reytinq balları təsdiqlənmiş qeydlərə əsaslanır.

Təhsil

Açıq məlumat əlavə edilməyib.

Tədqiqat sahələri

Ədəbiyyatşünaslıq

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsi · Filologiya elmləri üzrə fəlsəfə doktoru/ dosent /aparıcı elmi işçi

Ədəbiyyatşünaslıq

Elnarə Elxan qızı Qaragözova 1985-ci il yanvarın 9-da Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. 1992-2003-cü illərdə Binəqədi rayonu 40 saylı (indiki Abşeron rayonu 6 saylı) ümumtəhsil orta məktəbdə təhsil almışdır. 2004-2008-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə tamamlamışdır. 2008-2010-cu illərdə Bakı Slavyan Universitetinin magistratura pilləsini (Azərbaycan ədəbiyyatı ixtisası üzrə ) fərqlənmə diplomu ilə bitirmişdir. 2010-2011-ci illərdə Bakı Slavyan Universitetində müəllim –stajor kimi çalışmışdır. 2011-2014-cü illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantura pilləsində təhsil almış, 2016-cı ildə filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını (elmi rəhbər: prof. R.M.Qeybullayeva) müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 oktyabr 2017-ci il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.05.2023-cü il tarixli qərarı ilə elmi fəaliyyətə görə filologiya elmləri sahəsinin 5715.01. “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisidir. 100-dən artıq elmi məqalənin, o cümlədən xarici elmi məcmuələrdə - Web of Science, Scopus, Copernicus, Erih Plus, Rusiya Elmi İstinadlar İndeksi (RINC) kimi beynlxalq elmi istinadlar sisteminə daxil edilmiş 19 məqalənin müəllifidir. Hal-hazırda  “Azərbaycan postmodernist ədəbiyyatının poetikası” 5715.01 ( Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid) mövzusunda doktorluq dissertasiyası (elmi məsləhətçi akademik İ.Ə.Həbibbəyli) üzərində işləyən müəllifin aşağıdakı kitabları oxuculara təqdim edilmişdir. 1. XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları. (monoqrafiya). Bakı, Mütərcim, 2018, 141 səh. 2. Məqalələr. (məqalələr toplusu) Bakı, Xan, 2020, 118 səh. 3. Postmodernizm. (məqalələr toplusu). Bakı, Xan, 2021, 77 səh. 4. Yunus Oğuz həyatı və yaradıcılığı. (monoqrafiya). Bakı, Elm və təhsil, 118 səh.  5. Yusif Səmədoğlunun həyatı və yaradıcılığı. Bakı, Xan nəşriyyatı, 2024, 132 səh.  6. Азербайджанская постмодернистская литература. монография.– Баку: Мутарджим, 2025. – 288 стр.   Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova elmi və ictimai fəalliyyətini bir sıra qurumların üzvü kimi də həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə ekspert şurasının üzvü (2019) olmuş Elnarə Qaragözova hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvü (2016), Beynəlxalq Müqayisəli Ədəbiyyat Assosiasiyasının (AILC-ICLA) Azərbaycan Müqayisəli Ədəbiyyat bölməsinin   üzvü (2021), “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvü (2025), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2025) kimi ictimai, elmi fəaliyyətini davam etdirir. Mükafatları: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu -  “İlin gənc alimi 2016” Azərbaycan Yazıçılar Birliyinin  "Yusif Səmədoğlu" mükafatı Fəxri diplomu – 2024 Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı 2026” mükafatı

Akademik və inzibati təcrübə

Açıq məlumat əlavə edilməyib.

Nəşrlər və elmi işlər

0 təsdiqlənmiş qeyd

Təsdiqlənmiş fəaliyyət yoxdur.

Layihə, patent və dizayn

Layihələr

Açıq məlumat əlavə edilməyib.

Patentlər

Açıq məlumat əlavə edilməyib.

Dizaynlar

Açıq məlumat əlavə edilməyib.

Elmi və peşəkar fəaliyyətlər

Açıq məlumat əlavə edilməyib.

Nailiyyətlər və nüfuz

Açıq məlumat əlavə edilməyib.

Elanlar və sənədlər

Elanlar

Açıq məlumat əlavə edilməyib.

Sənəd keçidləri

Açıq məlumat əlavə edilməyib.

Əlaqə

Açıq məlumat əlavə edilməyib.

2026 — Balın mənbələri

Yekun bal: 4.50 = fəaliyyətlər 0.00 + elmmetrik 4.50

Bu bölgü reytinqdəki eyni ilin aktiv bal qeydlərindən götürülür. Elmmetrik bal ayrıca fəaliyyətdən deyil, nəşr/istinad və indeks göstəricilərindən hesablanır. Aşağıdakı məbləğlər saxlanılmış hesablamadır, cari qaydalarla yenidən hesablanmır.

Fəaliyyətlər

Fəaliyyət / nəşr iliKateqoriya / növ / PDFBalHesablanma
Bu il üzrə aktiv balı olan açıq təsdiqlənmiş fəaliyyət yoxdur.

Elmmetrik bal — 4.50

Hər mənbənin ən son qeydi əsasında göstəricinin ən yüksək çəkili balı seçilir: Scopus və Web of Science ×1.5, digər mənbələr ×1.0. Mənbələrin balları toplanmır; göstərici limitləri və ümumi 20 bal limiti saxlanılır.

GöstəriciDəyərMənbə / tarixƏmsal / limitBal
g-index0ResearchGate
2026-10-14
× 0.125 × mənbə çəkisi 1 / maks. 2.50.00
h-index2Google Scholar
2026-10-05
× 0.25 × mənbə çəkisi 1 / maks. 50.50
İstinad sayı10Google Scholar
2026-10-05
× 0.01 × mənbə çəkisi 1 / maks. 50.10
i10-index0ResearchGate
2026-10-14
× 0.125 × mənbə çəkisi 1 / maks. 2.50.00
Nəşr sayı78Google Scholar
2026-10-05
× 0.05 × mənbə çəkisi 1 / maks. 53.90

Elmmetrik qeyd: 4.50 bal

2026 reytinqinə qayıt →