Ədəbiyyatşünaslıq
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsi · Filologiya elmləri üzrə fəlsəfə doktoru/ dosent /aparıcı elmi işçi
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Təsdiqlənmiş fəaliyyət yoxdur.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsi · Filologiya elmləri üzrə fəlsəfə doktoru/ dosent /aparıcı elmi işçi
Elnarə Elxan qızı Qaragözova 1985-ci il yanvarın 9-da Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. 1992-2003-cü illərdə Binəqədi rayonu 40 saylı (indiki Abşeron rayonu 6 saylı) ümumtəhsil orta məktəbdə təhsil almışdır. 2004-2008-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə tamamlamışdır. 2008-2010-cu illərdə Bakı Slavyan Universitetinin magistratura pilləsini (Azərbaycan ədəbiyyatı ixtisası üzrə ) fərqlənmə diplomu ilə bitirmişdir. 2010-2011-ci illərdə Bakı Slavyan Universitetində müəllim –stajor kimi çalışmışdır. 2011-2014-cü illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantura pilləsində təhsil almış, 2016-cı ildə filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını (elmi rəhbər: prof. R.M.Qeybullayeva) müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 oktyabr 2017-ci il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.05.2023-cü il tarixli qərarı ilə elmi fəaliyyətə görə filologiya elmləri sahəsinin 5715.01. “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisidir. 100-dən artıq elmi məqalənin, o cümlədən xarici elmi məcmuələrdə - Web of Science, Scopus, Copernicus, Erih Plus, Rusiya Elmi İstinadlar İndeksi (RINC) kimi beynlxalq elmi istinadlar sisteminə daxil edilmiş 19 məqalənin müəllifidir. Hal-hazırda “Azərbaycan postmodernist ədəbiyyatının poetikası” 5715.01 ( Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid) mövzusunda doktorluq dissertasiyası (elmi məsləhətçi akademik İ.Ə.Həbibbəyli) üzərində işləyən müəllifin aşağıdakı kitabları oxuculara təqdim edilmişdir. 1. XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları. (monoqrafiya). Bakı, Mütərcim, 2018, 141 səh. 2. Məqalələr. (məqalələr toplusu) Bakı, Xan, 2020, 118 səh. 3. Postmodernizm. (məqalələr toplusu). Bakı, Xan, 2021, 77 səh. 4. Yunus Oğuz həyatı və yaradıcılığı. (monoqrafiya). Bakı, Elm və təhsil, 118 səh. 5. Yusif Səmədoğlunun həyatı və yaradıcılığı. Bakı, Xan nəşriyyatı, 2024, 132 səh. 6. Азербайджанская постмодернистская литература. монография.– Баку: Мутарджим, 2025. – 288 стр. Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova elmi və ictimai fəalliyyətini bir sıra qurumların üzvü kimi də həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə ekspert şurasının üzvü (2019) olmuş Elnarə Qaragözova hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvü (2016), Beynəlxalq Müqayisəli Ədəbiyyat Assosiasiyasının (AILC-ICLA) Azərbaycan Müqayisəli Ədəbiyyat bölməsinin üzvü (2021), “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvü (2025), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2025) kimi ictimai, elmi fəaliyyətini davam etdirir. Mükafatları: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu - “İlin gənc alimi 2016” Azərbaycan Yazıçılar Birliyinin "Yusif Səmədoğlu" mükafatı Fəxri diplomu – 2024 Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı 2026” mükafatı